Oqtay Əsədov İrana dəvət olundu

Oqtay Əsədov İrana dəvət olundu
  01 May 2013    Oxunub:1101
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani Oqtay Əsədovu İrana dəvət edib
İran KİV-nə istinadən AzVision.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran İslami Şura Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Görüşdə Əli Laricani Azərbaycan Respublikası ilə İran arasındakı tarixi və mədəni bağlılıqlara toxunaraq bildirib ki, iki qonşu və müsəlman ölkənin xalqları və məsulları bir-birlərinə qarşı dərin yaxınlıq və dostluq hiss edirlər və bunu daha da dərinləşdirmək lazımdır.

Onun sözlərinə görə, İran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasındakı əlaqələr və əməkdaşlıqların daha da genişləndirilməsini dəstəkləyir. “Region ölkələri öz problemlərini bir-birləri ilə yaxın əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdirlər. Bu istiqamətdə İİR Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır”.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tehrana səfərindən razı qaldığını bildirərək İranı Azərbaycanın dostu və qardaşı adlandırıb: "Azərbaycan Respublikası və İran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və Azərbaycan Respublikasının tarixi İranın ümumi tarixinin önəmli bir hissəsi hesab olur".

R.Mehdiyev bildirib ki, tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar, böyük potensiallar və mənafelərlə birgə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bu zəminlərdən faydalanmaq lazımdır. İran İslam Respublikasının rifah və inkişafını onun müstəqillik və ərazi bütövlüyünə hörmətlə yanaşı öz ürəyimizin arzusu bilirik və inanırıq ki, iki ölkə arasında dostluq münasibətlərinin artırılması istiqamətində heç bir səyi əsirgəmək lazım deyil".

Ramiz Mehdiyevin sözlərinə görə, iki ölkənin dinc qonşuluq münasibətlərindən kənar bəzi ölkələr iki müsəlman qonşu ölkənin dost əlaqələrini əngəlləməyə cəhd göstərirlər. O, qeyd edib ki, onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır.

Ramiz Mehdiyev görüşün sonunda Azərbaycanla Ermənistanın ərazi ixtilaflarının həlli istiqamətində İran İslam Respublikasının tutduğu gözəl möveyi görə öz təşəkkürünü bildirib və bu ixtilafın tamamilə aradan qalxması üçün İranın sona kimi əməkdaşlıq etməsini istəyib.

Əli Laricani bu görüşdə öz azərbaycanlı həmkarını İran İslam Respublikasına dəvət edib.


Teqlər:  





Xəbər lenti