BMT: “4553 köçkün ailəsi yeni evlərə köçürülüb ”

BMT: “4553 köçkün ailəsi yeni evlərə köçürülüb ”
  01 May 2013    Oxunub:1176
Məcburi Köçkünlüklə bağlı Monitorinq Mərkəzinə əsasən Bakı şəhərində yaşayan əksər məcburi köçkünlər öz yaşadıqları yerə qeydiyyata düşə bilməyib

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İnsan Hüquqları üzrə 2012-ci il üçün ölkə hesabatlarında öz əksini tapıb.

Hesabatda bildirilir ki, ilin sonunda BMT-in Qaçqınların İşi üzrə Ali Komissarlığından (UNHCR) verilən məlumata əsasən ölkədə qeydə alınmış 600 336 nəfər məcburi köçkün olub ki, onlar da 153 336 ailəni təmsil ediblər. Onların əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1988 və 1993-cü illərdə öz evlərini tərk etmiş insanlardır.

Məcburi köçkünlərdən yaşadıqları yeri dövlət orqanlarında qeydiyyata almaq tələb edilib və onlar yalnız icazə verilmiş ərazilərdə yaşa biliblər. Sovet dövründən qalmış “propiska” sistemi əsasən Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi rayonu separatçıların nəzarətinə keçdikdən sonra öz evlərini tərk etmək məcburiyyətində qalmış şəxslərə tətbiq edilib. Hökumət bu qeydiyyatın məcburi köçkünlərə göstərilən yardımı təmin etmək üçün lazım olduğunu bildirmişdir. Məcburi Köçkünlüklə bağlı Monitorinq Mərkəzinə əsasən Bakı şəhərində yaşayan əksər məcburi köçkünlər öz yaşadıqları yerə qeydiyyata düşə bilməyib və ya rəsmi işə düzəlmək, dövlət yardımını almaq, tibbi xidmətdən, təhsildən yararlanmaq və ya pensiya almaq imkanları olmayıb və əmlak almaqda çətinlik çəkiblər.

BMT-in Qaçqınların İşi üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata əsasən il ərzində hökumət təxminən 22 765 nəfərin təmsil olunduğu 4553 ailəni yeni evlərə köçürülüb. Yeni evlərə köçürülmə Ağcabədi, Goranboy, Abşeron və Qazax rayonlarında, eləcə də Bakı şəhərində baş verib.

Sevinc Iltifatqızı



Teqlər:  





Xəbər lenti