30 dərəcə isti olacaq - Sabahın havası

30 dərəcə isti olacaq - Sabahın havası
  29 Aprel 2013    Oxunub:989
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 30-da hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə aprelin 30-dan mayın 03-dək Aberon yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Teqlər:  





Xəbər lenti