Əsgərlər üçün xüsusi dərslər keçirilir

Əsgərlər üçün xüsusi dərslər keçirilir
  19 Avqust 2014    Oxunub:1352
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının döyüş hazırlığı planına əsasən, hərbi xidmətə yeni çağırılmış gənc əsgərlər üçün xüsusi hazırlıq məşğələləri keçirilir.
FHN-dən verilən məlumata görə, məşğələlərin keçirilməsində məqsəd gənc əsgərlərə Mülki Müdafiə Qoşunlarının tabeliyində olan ən müasir pirotexniki vasitələri, xüsusi geyim dəstlərini, deşici və kəsici alət və avadanlığı göstərməklə yanaşı, onların praktiki işləmə prinsipini nümayiş etdirməkdir.

Xüsusi hazırlıq dərslərinin gedişində, ilk növbədə ümumi təhlükəsizlik qaydaları, alət və avadanlığın istifadəsi zamanı zəruri və mühüm texniki məlumatlar çatdırılıb. Minaaxtaran heyətin partlayış təhlükəli əraziyə çatdırılması üçün nəzərdə tutulmuş “QAZ-27057”nin bazasında pirotexniki avtomobili, onun taktiki-texniki imkanları geniş izah edilib. Partlayış təhlükəsi olan ərazidə mina və hərbi sursatın axtarışı, aşkarlanmış mina və hərbi sursatın zərərsizləşdirilməsi, yerindəcə partladılması məqsədilə istifadə olunan “A 1”, “A 2” və “A 3” qoruyucu geyim dəstləri şəxsi heyətə nümayiş etdirilib.

Sonra gənc əsgərlərin marağına səbəb olan müxtəlif təyinatlı mina növləri, mina axtaran cihazlar ( RP-507, RP-507-T, meduza ), şuplama əməliyyatı, elektrik və qeyri-elektrik detonatorları, elektrik və qeyri-elektrik partlama üsulu istehkamçı çantası, mina partlayıcı maşını (KMP) əyani olaraq göstərilib, onların təyinatları izah edilib.


Teqlər:





Xəbər lenti