Musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası başlanır

12 may tarixində başlayacaq növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcəkdir.
Qeyd olunan ixtisaslar üzrə komissiyalar formalaşdırılıb və attestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildə təlimatlandırılıb. Qeyd edək ki, attestasiya proqramları ilə Mədəniyyət Nazirliyinin rəsmi saytının ( https://culture.gov.az/az/announcements) elanlar bölməsində tanış ola bilərsiniz.
AzVision.az
Teqlər: