Ramzan Kadırov istefa verir

Ramzan Kadırov istefa verir
  06 May 2025    Oxunub:577
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov istefası ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirərək, istefa vermək istədiyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, “Çeçnistan bu gün” informasiya agentliyinə müsahibəsində Ramzan Kadırov, respublikanın yeni rəhbərinin öz ideya və yanaşmalarını həyata keçirməsinə imkan vermək üçün, tutduğu vəzifədən azad olunmasını xahiş etdiyini bildirib.

“Vəzifəmdən azad olunmağımı mən özüm xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, xahişim dəstəklənəcək”, - Kadırov deyib.

Çeçenistan rəhbəri onun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı konkret kimə müraciət etdiyini açıqlamayıb.

Bundan əvvəl “Novaya qazeta Avropa” nəşri səhhətinin pisləşməsinin Kadırovu hakimiyyəti təhvil verməyə sövq etdiyi barədə məqalə dərc etmişdi.

2024-cü ildə Çeçenistan rəhbərinin vəziyyəti qismən stabilləşib. 2025-ci ildə o, müayinə və müalicə üçün Moskvaya yox, Qroznıda həyat yoldaşı Medni Kadırovaya məxsus “Aymed” klinikasına müraciət edib. ,- həmin materialda vurğulanır.

Qəzetin iddiasına görə, Kadırovun qohumlarının, oğullarının, eləcə də ona sadiq klanların rmövqeləri güclənir ki, bu da hakimiyyət dəyişikliyinə hazırlıqların tərkib hissəsi ola bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kadırov   istefa  





Xəbər lenti