Bütün dünyada avtomobillərin bahalaşacağı gözlənilir

   Bütün dünyada avtomobillərin bahalaşacağı gözlənilir
  06 May 2025    Oxunub:401
Vaşinqtonun gəmilərə tətbiq etdiyi yeni liman vergisi ABŞ-nin avtomobil idxalına 150 milyard dollar bahasına başa gələ bilər.
AzVision.az Böyük Britaniyanın “Financial Times” nəşrinə istinadən xəbər verir ki, hər bir nəqliyyat vasitəsi üçün 150 dollar vergi yükü gəmiçilik sahəsində “Vaşinqton-Pekin münaqişəsində tələyə düşən” avtomobil daşıyıcıları operatorlarına zərbə vuracaq.

“Wallenius Wilhelmsenin” logistika şirkətinin rəhbəri Lasse Kristoffersen xərclərin avtomobil istehsalçılarının və istehlakçıların üzərinə düşəcəyini, qeyri-müəyyənliyin isə artıq istehsalı və tədarükləri ləngitdiyini bildirib.

Tramp yeni rüsumlar tətbiq edəcək
Ümumdünya Gəmiçilik Şurasının məlumatına görə, 8 minə qədər avtomobili daşıyan böyük bir gəminin səyahəti 1,2 milyon dollara başa gələcək. 2024-cü ildə isə ABŞ dünya üzrə cəmi 29 milyon avtomobildən 4,6 milyonunu dəniz yolu ilə idxal edib.

Oktyabr ayından başlayaraq Birləşmiş Ştatlar Çin istehsalı olan gəmilərdən, o cümlədən xalis registr tonu üçün 50 dollardan tutmuş 2028-ci ilədək artmaq şərtilə140 dollara qədər rüsum yığacaq. Hətta Çində inşa istehsal edilmiş, lakin başqa ölkələrin mülkiyyətində olan gəmilər belə rüsumlara məruz qalacaqlar - hər konteyner üçün 120 dollardan başlayaraq mərhələli şəkildə artmaq şərtilə 250 dollara qədər.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəliyinə ölkə hüdudlarından kənarda çəkilən bütün filmlərə 100 faizlik gömrük rüsumlarının tətbiqi prosesinə başlamaq barədə göstəriş verib. Mayın əvvəlində isə ABŞ-nin Çin mallarına ümumi tarifləri 145%, Çinin Amerika mallarına tətbiq etdiyi tariflər isə 125%-ə çatıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   gəmilər   rüsumlar   avtomobillər  





Xəbər lenti