Estoniya hava məkanını bağladı

Estoniya hava məkanını bağladı
  07 May 2025    Oxunub:615
Estoniya Rusiyada Qələbə gününün 80 illiyinə həsr olunmuş paradda iştirak etməyi planlaşdıran xarici dövlət nümayəndələrinin Moskvaya uçuşları üçün öz hava məkanından istifadəyə qadağa qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın xarici işlər naziri Marqus Tsaxn məlumat verib.

“9 May münasibətilə keçirilən parada Moskvaya uçuş üçün Estoniya hava məkanından istifadə etmək olmaz, Estoniya bu tədbirin keçirilməsini heç bir şəkildə dəstəkləmək niyyətində deyil”, - deyə - ERR dövlət televiziya və radio portalı onun sözlərini sitat gətirib.

Portal əlavə edib ki, rəsmi Tallin artıq Kuba və Braziliyadan olan VIP reyslərin Moskvaya və geri istiqamətdə Estoniya hava məkanından uçmasına qadağa qoyub. Digər ölkələrdən olan reyslərə də icazə verilməyəcək, yaxud zərurət yaranarsa, verilmiş icazələr ləğv oluna bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti