Duda məhkəmədə cavab vermək təhlükəsi ilə üzləşib

“Polşa qanunlarına görə, minimum əmək haqqının yarısından çox dəyərində hədiyyə alan polşalı məmur onu aldıqdan sonra 30 gündən gec olmayaraq qeydiyyatdan keçirməyə borcludur. Vəzirə məktub məsələsində isə bu iş görülməyib. Müasir Polşada minimum əmək haqqı 790 zlotı (təxminən 197 dollar) təşkil edir, Tuskun aldığı nadir hədiyyənin dəyəri isə bu məbləğin yarısından dəfələrlə çoxdur”, - qəzet yazır.
Polşa hökumətinin İnformasiya mərkəzi, öz növbəsində, sözügedən məktubun “Tuskun özünə yox, Polşa xalqına hədiyyə olduğunu” və onun baş nazirin dəftərxanasındakı Muzeylər Gecəsində nümayiş etdiriləcəyini bildirib.
- Baş nazirin Polşa dövləti üçün aldığı hədiyyələr dəftərxananın mülkiyyətində qalır və ya muzeylərə verilir”, - informasiya mərkəzindən cavab verilib.
Qeyd edək ki, vəzifəli şəxsin qiymətli hədiyyəni dövlət reyestrinə daxil etməsi ilə bağlı unutqanlığı Polşa qanunlarına əsasən üç il həbslə cəzalandırıla bilər.
Sahil İsgəndərov
AzVision.az