HƏMAS-ın yanacaq ehtiyatı tükənir

   HƏMAS-ın yanacaq ehtiyatı tükənir
  08 May 2025    Oxunub:368
Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı "əksər nəqliyyat vasitələrinin işləməsi" üçün lazımi yanacaq ehtiyatının tükəndiyini diqqətə çatdırıb.
Bu barədə HƏMAS-ın Qəzza üzrə mülki müdafiə agentliyinin sözçüsü Mahmud Bəssal "Agence France-Presse" xəbər agentliyinə açıqlama verib. O bildirib ki, hazırda nəqliyyat vasitələrinin, o cümlədən təcili yardım maşınlarının dörddə üçü dizel qıtlığı səbəbi ilə fəaliyyətsiz qalıb.

"Eyni zamanda, elektrik generatorları və oksigen cihazlarının da ciddi çatışmazlığı ilə üzləşmişik", - sözçü deyib.
BMT: "Qəzzalılar "nə tapırlarsa" yeməyə məcbur qalıblar"

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmayıb, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırıb. Bu səbəbdən Qəzza zolağında kütləvi aclıq başlayıb. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri birgə bəyanatla İsraili Qəzza zolağına humanitar yardımın keçidinə yenidən icazə verməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   Qəzza   yanacaq   qıtlıq  





Xəbər lenti