Kiyev: "Moskva atəşkəs vədini yerinə yetirmir"

      Kiyev:    "Moskva atəşkəs vədini yerinə yetirmir"
  08 May 2025    Oxunub:436
"Moskvanın mayın 7-dən 9-dək atəşkəs vədinə baxmayaraq, Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçilərinə qarşı hücumları dayandırmayıb".
Bu sözləri Ukraynanın şərq cəbhəsinin hərbi sözçüsü Viktor Trequbov mətbuata açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, Moskva dünən gecə yerli vaxtla gecəyarıdan başlayaraq üçgünlük atəşkəs rejimi irəli sürsə də, praktiki cəhətdən hər hansı dəyişiklik yoxdur.

"Rusiya qoşunları elə həmin vaxtdan bəri bir neçə əraziyə hücum həyata keçirib. Saat 22:00-dək bütün cəbhə xəttində 139, bu səhər saat 8-də isə son gün üçün 196 toqquşma qeydə alınıb", - Trequbov bildirib.
Putin Ukraynada atəşkəs əmri verdi

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Ukraynada hərbi əməliyyatların may ayında üç gün müddətinə dayandırılması ilə əlaqədar əmr vermişdi. Kremlin mətbuat katibi Dmitri Peskov da yerli mətbuata açıqlamasında "Ukrayna tərəfi mövqelərimizə hücum həyata keçirərsə, cavab tədbirləri görəcəyik" demişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   müharibə   atəşkəs  





Xəbər lenti