Bessent “cani” Putinlə danışıqların tərəfdarıdır

   Bessent “cani” Putinlə danışıqların tərəfdarıdır
  08 May 2025    Oxunub:371
Konqresdə dinləmələr zamanı ABŞ-nin Maliyyə naziri Skott Bessent Rusiya prezidenti Vladimir Putinin “hərbi cani” olduğunu bildirib.
AzVision.az bildirir ki, Skott Bessent beynəlxalq maliyyə sistemindəki vəziyyət barədə Konqresdə çıxışı zamanı ona birbaş.a ünvanlanan “Rusiya prezidentini hərbi cani sayırsınızmı?” sualına “Bəli” cavabını verib.

Eyni zamanda, “Hərbi cani ilə danışıq aparmağa dəyərmi” sualına da ABŞ-nin Maliyyə naziri müsbət cavab səsləndirib.

“Hər iki tərəflə danışıqlar aparmaq lazım gələndə bu, diplomatiyanın təbiətidir. Mən hesab edirəm ki, İkinci Dünya müharibəsindən sonra yaponlar ilə də danışıqlara ehtiyac var idi”, - Skott Bessent vurğulayıb.

Qeyd edək ki, Donald Trampın komandasının üzvlərindən kiminsə Putinlə bağlı bu cür ictimai bəyanat səsləndirməsi ilk dəfə baş verir. ABŞ prezidentinin özü isə dəfələrlə bildirib ki, Moskvaya qarşı tənqidlər Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərə mane olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bessent   Putin   "cani"  





Xəbər lenti