ABŞ husilərin Sənadakı bazalarını vurub

ABŞ husilərin Sənadakı bazalarını vurub
  19 Mart 2025    Oxunub:491
ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının nəzarəti altında olan paytaxt Sənaya silsilə zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

İddiaya görə, ABŞ hərbçiləri əs-Saura bölgəsində tədbirlər üçün tikilən zala havadan hücum edib. Hücum nəticəsində binada yanğın başlayıb və yaxınlıqdakı tikililərə də ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti