Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
  27 Oktyabr 2024    Oxunub:379
Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeron kanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılan maralın həyatı təhlükəsi yoxdur.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AzVision.az-a bildirib ki, kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvil verilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.

“Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyəti normaldır və nəzarət altında saxlanılır”, - deyə o əlavə edib.



AzVision.az


Teqlər:





Xəbər lenti