Ayda aşkarlanan mağara alimlərin sığınacaq yeri olacaq
Mağara "Apollon 11" kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda yerləşir. Elm adamları mağaranın bir zamanlar lava prosesləri nəticəsində meydana gəldiyini bildiriblər. Alimlər qeyd ediblər ki, bu təbii sığınacaq rolunu oynayacaq ərazi Ayın sərt şəraitindən qorunduğu üçün gələcəkdə uzunmüddətli tədqiqatların aparılmasında astronavtları təhlükəsiz şəkildə qonaq edə bilər.
Süsən Kərimova
AzVision.az
Teqlər: