Elmar Vəliyevdən əsgərlərə hədiyyə - FOTOLAR

Elmar Vəliyevdən əsgərlərə hədiyyə - FOTOLAR
  25 İyun 2014    Oxunub:889
Sabah Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması günüdür. Əlamətdar hadisə münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri “N” saylı hərbi hissədə komandir və zabit- əsgərlərlə görüş keçiriblər.

Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq hərbi hissənin komandir, zabit və əsgərlərini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından salamlayıb və onları bayram münasibətilə təbrik edib.

Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Şahnaz Haşımova doğma Vətənin və xalqın əmin-amanlığı keşiyində ayıq-sayıq dayanan zabit və əsgərlərin arasında olmaqdan məmnunluq duyduğunu və onların çox şərəfli, məsuliyyətli sahədə xidmət göstərdiklərini qeyd etdi. Yer üzündə bütün qadınların, anaların ən ülvi arzusunun sülh, sabitlik və həmrəylik olduğunu vurğuladı.

“N” saylı hərbi hissənin komandiri polkovnik- leytenant Ramiz Qasımov zabit və əsgərlər adından görüşün təşkilatçılarına dərin minnətdarlığını bildirdi, Vətənə, xalqa hər zaman layiqincə xidmət edərək, Azərbaycanın şərəfini daim uca tutacaqlarını bəyan etdi.

Bayram münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən hədiyyələr hərbi hissə komandanlığına təqdim edildi.

Sonda Gəncə şəhər incəsənət ustalarının geniş konsert proqramı hərbçilər tərəfindən rəğbətlə qarşılandı.
















Teqlər:





Xəbər lenti