Moskvada cinayət törədən azərbaycanlıların kimliyi bilindi

Moskvada cinayət törədən azərbaycanlıların kimliyi bilindi
  09 İyun 2014    Oxunub:1031
Rusiya paytaxtında mətbəx mebeli satışı ilə məşğul olan firmaya silahlı basqın edərək içi pulla dolu seyfi aparmaq istəyən altı nəfər Azərbaycan vətəndaşından ibarət cinayətkar dəstə üzvlərinin şəxsiyyəti müəyyən olunub.
Bu barədə apa-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Basqında iştirak edən Azərbaycan vətəndaşları aşağıdakılardır: Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Seyidov Cavid Mehdi oğlu, Göygül rayon sakini, 1972-ci il Məmmədov Nadallah Paşa oğlu, Gəncə şəhəri sakinləri - 1969-cu il təvəllüdlü Verdiyev Seymur Qüsrət oğlu, 1973-cü il təvəllüdlü Həsənov Ülvi Namaz oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlov Orxan Rasim oğlu və Ağcabədi rayon sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rüstəm Cahid oğlu. Onların üzərindən müxtəlif sayda odlu və soyuq silah aşkar edilərək götürülüb.

Qeyd edək ki hadisə iyunun 5-də baş verib. Altı Azərbaycan vətəndaşı paytaxtın Andropov prospekti ev 29, korpus 2 ünvanında yerləşən “Forema Kuxni” firmasına silahlı basqın edib. Onlar içi pulla dolu olan dəmir seyfi aparmağa cəhd göstəriblər. Olay zamanı içəridə bir yükdaşıyan Dağıstan sakini kişi və iki qadın var imiş. Onlar hadisə barədə dərhal polis xəbər veriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı basqında iştirak edən Azərbaycan vətəndaşlarını yaxalayıblar. Hazırda faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti