Heydər Əsədovun qurumunda yeni xidmətlər

Heydər Əsədovun qurumunda yeni xidmətlər
  09 İyun 2014    Oxunub:822
Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi elektron xidmətlərə daha üç yeni xidmət əlavə olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “Elektron hökumət” portalına “Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi üçün müraciət və sənədlərin qəbulu”, “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciət və sənədlərin qəbulu” və “Bitki və bitkiçilık məhsullarının ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətləri inteqrasiya edilib.

Bununla da “Elektron hökumət” portalında kənd təsərrüfatı sahəsi üzrə istifadədə olan xidmətlərin sayı 19-a çatıb./Azərtac/


Teqlər:  





Xəbər lenti