Rəsmi Bakıdan Bodrum sammiti ilə bağlı ilk AÇIQLAMA

Rəsmi Bakıdan Bodrum sammiti ilə bağlı ilk AÇIQLAMA
  06 İyun 2014    Oxunub:896
`Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısındakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub`.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bodrumda keçirilən IV Zirvə toplantısının nəticələri ilə bağlı AzərTAc-a müsahibəsində deyib.

O, vurğulayıb ki, Zirvə toplantısında qəbul olunmuş Bəyannamədə Dağlıq Qarabağ barədə maddənin salınması Azərbaycan üçün əhəmiyyətli bir məsələdir: `Bodrumda keçirilən IV Zirvə toplantısında türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələri əhatə edən əlaqələrin qurulması üçün imkanların araşdırılmasına dair qərarlar qəbul edilib. Prezident İlham Əliyevin Bodrumdakı çıxışı Azərbaycanın geniş imkanlarını bir daha ortaya qoyub. Tərəflər Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrdəki fəaliyyətini yüksək dəyərləndiriblər1.


Teqlər:  





Xəbər lenti