Bu gün sonuncu sınaqdır

  01 İyun 2014    Oxunub : 415
Bu gün sonuncu sınaqdır
TQDK abituriyentlər üçün bugün cari ildə sonuncu sınaq imtahanı keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün 2014-cü ilin sonuncu sınaq imtahanını keçirir.

İmtahan iyunun 1-də Bakı, Naxçıvan, Gəncə, Daşkəsən, Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad, Quba, XaçmazSiyəzən şəhərlərində ümumilikdə 65 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48387 abituriyent qeydiyyatdan keçmişdir. İmtahan mərkəzlərinə buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Teqlər: