DİN-dən Aynar Məmmədovla bağlı AÇIQLAMA

DİN-dən Aynar Məmmədovla bağlı AÇIQLAMA
  22 May 2014    Oxunub:1168
Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun Daxili İşlər Nazirliyində dindirilməsi ilə bağlı xəbər yayılıb.
Məsələ ilə bağlı adı çəkilən nazirliklə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzVision.az-a açıqlamasında bu haqda onlarda məlumatın olmadığını bildirib.

“Bu barədə heç bir məlumata rast gəlməmişik”-deyərək nazirlik sözcüsü qeyd edib.

Qeyd edək ki, virtualaz.org saytının yaydığı xəbərə görə, Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılması ilə bağlı mətbuatda məlumat yayılıb.
Məluamtda bildirilir ki, DİN əməkdaşları Aynar Məmmədovu “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindirərərk sorğu-sual ediblər.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti