Parlament sabah bu məsələləri müzakirə edəcək - SİYAHI

  15 May 2014    Oxunub : 327
Parlament sabah bu məsələləri müzakirə edəcək - SİYAHI
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxildir:


1. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

4. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

7. "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

Teqlər: