Prezident Slovakiyanın yeni səfirini qəbul edib
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında əlaqələrin uğurlu inkişafını qeyd edərək qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfəni vurğulayıb.
Dövlətimizin başçısı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi, əvvəllər müzakirə edilən məsələlərin həyata keçiriləcəyinə ümidvar olduğunu deyib. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın və qarşılıqlı ticarətin dərinləşdirilməsi, həmçinin Azərbaycan və Slovakiya şirkətlərinin ölkələrimizdə fəaliyyətinin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Dövlətimizin başçısı, eyni zamanda, Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində iştirakda marağını da qeyd edib.
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığına verdiyi dəstəyi də vurğulayıb.
Səfir Milan Layçak ölkələrimiz arasında siyasi əlaqələrin kifayət qədər fəal olduğunu qeyd edərək iqtisadi münasibətlərin genişləndiyini deyib və əlaqələrimizin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
10.15
AzVision.az
Teqlər: İlham-Əliyev