Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana gətirilir

   Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana gətirilir
  04 İyul 2022    Oxunub:830
Türkiyənin Artvin vilayətində baş verən təbii fəlakət zamanı həlak olan sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.

AzVision.az



Teqlər:





Xəbər lenti