Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək
  04 Aprel 2013    Oxunub:1297
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə rayonlara səfər edəcək
TQDK-nın sədri Məleykə Abbaszadə tərəfindən aprel ayının 10-da Masallı şəhərində, 11-də isə Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək. Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Masallı şəhərində keçiriləcək qəbulda Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayon sakinləri iştirak edə bilərlər.

Lənkəran şəhərində keçiriləcək qəbulda Lənkəran, Astara və Lerik rayon sakinləri iştirak edə bilərlər.

Masallı şəhərində qəbul Gənclər Mərkəzində (Masallı şəhəri, Talışxanov küç., 73) keçiriləcək.

Lənkəran şəhərində qəbul Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Xatirə parkı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Lənkəran regional bölməsinə müraciət etmələri (əlaqə tel: (02525) 5-24-82) xahiş olunur.

Bundan əlavə, TQDK Lənkəran regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Biləsuvar, Cəlilabad, Yardımlı, Astara və Lerik rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar:



Biləsuvar rayonu üzrə - 05 aprel 2013-cü il,

Cəlilabad rayonu üzrə - 05 aprel 2013-cü il,

Masallı rayonu üzrə - 08 aprel 2013-cü il,

Yardımlı rayonu üzrə - 08 aprel 2013-cü il,

Astara rayonu üzrə - 09 aprel 2013-cü il,

Lerik rayonu üzrə - 09 aprel 2013-cü il.




Teqlər:  





Xəbər lenti