İlham Əliyevdən 3 şəhərlə bağlı sərəncam

İlham Əliyevdən 3 şəhərlə bağlı sərəncam
  03 Aprel 2013    Oxunub:1198
Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında prezident İlham Əliyev sərəncam verib
Sərəncamda bildirilir ki, son illərdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, o cümlədən binaların böyük əksəriyyətinin dam örtüklərinin dəyişdirilməsi, içməli su, kanalizasiya və istilik sistemlərinin, lift təsərrüfatının yenidən qurulması sahəsində ciddi addımlar atılıb.

Bununla belə çoxmənzilli binalarının lift təsərrüfatının mövcud vəziyyəti bu sahədə həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsini tələb edir.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Bakı Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.


Teqlər:  





Xəbər lenti