“OMON”çularla bağlı rəsmi açıqlama

“OMON”çularla bağlı rəsmi açıqlama
  03 Aprel 2013    Oxunub:1125
“Moskvanın Pokrovsk meyvə-tərəvəz bazasında xüsusi təyinatlı polis tərəfindən aparılan yoxlama planlı reyd olub”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, reydin məqsədi bazada fəaliyyət göstərən şəxslərin qeydiyyatının yoxlanması və digər məsələlər olub. DİN-dən xüsusi təyinatlıların keçirdiyi reyd barədə ətraflı məlumat verə bilməyəcəklərini söyləyiblər.

Xatırladaq ki, bu gün səhər saatlarında 200-dən çox OMON-çu Moskvanın “Pokrov” bazarına hücum edib. OMON-çular bazara 10 avtobusla gəliblər. Polislər bazarda çalışan azərbaycanlıları döyərək oradan qovublar.

Qeyd edək ki, sözügedən bazarda 5000-dən çox soydaşımız işləyir./apa/



Teqlər:  





Xəbər lenti