Tibetdən məktubumuz var

  03 Aprel 2013    Oxunub : 463
Tibetdən məktubumuz var
Dalay Lama Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil edəcəyi Cənubi Qafqaz Forumu ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə müraciət göndərib.
AzVision.az xəbər verir ki, Dalay Lama XII əsrdə yasamış Azərbaycan şairi Nizami Gəncəvinin insan hüquqlarına həssaslıqla yanaşdığını və əsərlərində insan hüquqlarını təbliğ etməsini araşdıran mərkəzin işini çox təsirləndirici və örnək olduğunu vurğulayıb.

Din xadimi bildirib ki, XXIəsrin utandırıcı halı olan qadın alveri insan hüquqlarının pozulması kimi qlobal problemə 9 əsr əvvəl yaşamış mütəffəkir Nizaminin ona qul olaraq göndərilən qadını xanım kimi qəbul etməsi, qadına göstərdiyi qayğı cəmiyyət üçün örnəkdir.

İndiki dünyanın dərin qarşılıqlı təbiətini anlamaq, qlobal məsələlərin həllində səmərəli fəaliyyət qurmaq üçün Nizami Gəncəvi kimi ümumbəşəri dəyərləri birləşdirən mütəffəkkirlər müstəsna rol oynayırlar.

Dalay Lama məktubunun sonunda yazıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bəşəriyyət üçün önəmli olan problemlərə diqqətlə yanaşmasını yüksək qiymətləndirir.

Xatırladaq ki, Dalay Lama monaxların Tibet buddizminin Geluq xəttinin rəhbəridir.


Teqlər: