XİN: “Türkiyənin Ermənistana təzyiqi çox önəmlidir”

XİN: “Türkiyənin Ermənistana təzyiqi çox önəmlidir”
  03 Aprel 2013    Oxunub:1280
Azərbaycan Türkiyəyə Van-İrəvan reysinin təxirə salındığı üçün təşəkkür edib
Azvision.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu haqda türk mətbuatına danışıb.

“Adıçəkilən reyslərə görə Azərbaycandan bəzi etirazlar gəldi. Düzdür bunu özəl bir şirkət həyata keçirəcəkdi, ancaq həm siyasi həm də iqtisadi şərtlər bu uçuşların reallaşmayacağını ortaya qoydu”.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan hər zaman Türkiyənin dəstəyinin şahidi olub.

“Ankara bizə həmişə dəstək verib. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Belə bir məsələdə Azərbaycanın strateji ortağı və qardaşı olan Türkiyənin rolu çox önəmlidir. Bu vəziyyətdə Türkiyənin Ermənistana təzyiqi çox əhəmiyyətlidir. Biz Türkiyənin dəstəyini hər zaman hiss edirik və bunun üçün Ankaraya təşəkkür edirik”-deyə, Elman Abullayev əlavə edib.

Qeyd edək ki, aprelin 3-nə həyata keçirilməsi planlaşdırılan Van-İrəvan reysi Türkiyə tərəfindən təxirə salınıb. Uçuşu həyata keçirən “Borajet” Hava Yolları isə biletlərin satılmadığı üçün reysin təxirə salındığını açıqlayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti