Prezident təsdiq etdi

Prezident təsdiq etdi
  02 Aprel 2013    Oxunub:1227
Azərbaycan prezidenti İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnaməni təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları” da təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində Fondun işçilərinin say tərkibini müəyyən etsin və Fondun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin, üç ay müddətində Azərbaycan prezidentinin aktlarının fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan prezidentinə təqdim etsin, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında isə Fondun fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlər görülməsi vəzifəsi qoyulub.


Teqlər:  





Xəbər lenti