“Biz Türkiyədə gedən turistlərin sayını artırmağı qarşımıza hədəf qoymuşuq”
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Ahmet Arslan deyib. O, bildirib ki, 2011-ci ildə 578 min turist Azərbaycandan Türkiyəyə gedib. S.A.Arslan 2012-ci ildə isə bu rəqəmin 591 minə çatdığını qeyd edib.
Müşavir mart ayının 15-dən etibarən bu istiqamətdə reklam kampaniyasını başlatdıqlarını, bu rəqəmlərin daha da artırmağı qarşılarına məqsəd qoyduqlarını bildirib.