“Van-İrəvan reysini Türkiyə XİN-i təxirə salıb”

 “Van-İrəvan reysini Türkiyə XİN-i təxirə salıb”
  30 Mart 2013    Oxunub:1294
“Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə Mülki Aviasiya İdarəsinə aprelin 3-nə təyin olunan Van-İrəvan reysini qeyri-müyyən müddətə təxirə salmağı tapşırıb”
AzVision.az xəbər verir ki, bu sözləri “Narekavank Tour” tur şirkətinin direktoru Aşot Saqomonyan deyib. Onun sözlərinə görə, reysin təxirə düşməsi üçün heç bir çatışmazlıq olmayıb və aidiyyatlı yerlərdən lazımı icazələr alınıb.

A. Saqomonya bildirib ki, Türkiyə Mülki İdarəsinə ilə əlaqə saxlayıb və idarədən reysin Türkiyə XİN-dən gələn təlimat əsasında təxirə salındığı deyilib: “Hazırda proses dondurulub. Ancaq biz ciddi şəkildə bu məsələ ilə məşğul oluruq”

Lakin, Aşot Saqomonyanın bu fikirlərinə Türkiyədən etiraz gəlib. Van meri Mehmet Yüzər məlumat verib ki, “Borajet” şirkəti sərnişin azlığı səbəbindən müqaviləni pozub. Yüzər eyni zamanda bildirib ki, onlar təxirə salınmaqla bağlı Türkiyə Mülki Aviasiya İdarəsindən heç bir təlimat almayıblar.



Teqlər:  





Xəbər lenti