Bakı Şəhər Baş Polis İdarəsinin mətbiat xidmətindən verilən xəbərə görə, martın 28-də Lökbatan qəsəbəsində yaşayan Bayram Əliyev qayınatası Tofiq Həsənovu bıçaqla qətlə yetirib və qayınanası Dilbər Əşrəf qızı ilə onu yaşadıqları evin həyətində basdırıblar.
Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Əliyev və Həsənova yaxalanıblar.