Bu gecə saatlarımız çəkilir

Bu gecə saatlarımız çəkilir
  30 Mart 2013    Oxunub:1351
Hər il oktyabr ayının son bazar günü saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir
Nazirlər Kabinetinin (NK) "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtına keçilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) verilən məlumata görə, Qərarın həyata keçirilməsinə nəzarəti sözügedən qurum həyata keçirir.

Komitədən bildirilib ki, NK-nın müvafiq qərarına əsasən 31 mart 2012-ci il tarixində saat 04:00-da Azərbaycan ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti