Prezident MTN rəhbərliyini təltif etdi

Prezident MTN rəhbərliyini təltif etdi
  27 Mart 2013    Oxunub:2008
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarının təltif edilməsi nəzərdə tutulur:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Ələsgərov Vəli Məmiş oğlu - general-mayor
Məmmədov Tarverdi Məmməd oğlu - polkovnik
Mirvətova Natəvan Mürsəl qızı - general-mayor

“Vətən uğrunda” medalı ilə:

Cəfərov İsrafil Məmməd oğlu - kapitan
Əliyev Ruzi Əli oğlu - polkovnik-leytenant
Qəhrəmanov Elmar Elman oğlu - kapitan
Manafov Aydın Manaf oğlu - polkovnik
Rzayev Elçin Daxil oğlu - baş leytenant
Yusifov Bəhman Nəriman oğlu - polkovnik-leytenant

“İgidliyə görə” medalı ilə:

Əliyev Ramin İmran oğlu - mayor
Əliyev Vüqar Surxay oğlu - ədliyyə polkovnik-
leytenantı
Orucəliyev Elnur Akif oğlu - mayor
Pənahov İsgəndər Ağasəf oğlu - mayor
Verdiyev Kəyan Məhərrəm oğlu - kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə:

İsmayılov Zaur Ramiz oğlu - mayor
Mustafabəyova Rənaxanım Ənvər qızı - mayor
Salahov Fərman Çingiz oğlu - mayor
Seyidov Rəşad Mirfəddin oğlu - mayor
Vəliyev Pərviz Şamir oğlu - polkovnik
Yusifov Azad Qəzənfər oğlu - kiçik leytenant
Zeynalov Oqtay Əbdül oğlu - polkovnik.


Prezidentin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin aşağadakı əməkdaşlarına ali hərbi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi:

Əliyev Elçin Ərsalan oğlu - Azərbaycan Respublikası milli
təhlükəsizlik nazirinin müavini
Səfərov Pərviz İnqlab oğlu - Təhqiqatlar Baş İdarəsinin rəisi

tibb xidməti general-mayoru ali hərbi rütbəsi:

Yaqubov Məzahir Şahbala oğlu - Hərbi-tibb Baş İdarəsinin rəisi.


Teqlər:  





Xəbər lenti