Eldəniz Quliyev məhkəməyə gəlmədi

Eldəniz Quliyev məhkəməyə gəlmədi
  25 Fevral 2014    Oxunub:1010
“El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məhkəmədə qaldırdığı iddia üzrə hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
AzVision.az xəbər verir ki, bu barədə VİP-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, məhkəmə iclası bu gün baş tutmalı idi. Lakin Eldəniz Quliyev teleqramda Xocalı soyqırımının növbəti ildönümünü və müdafiəsi üçün hələlik vəkil tutmamasını əsas gətirərək, iclasın təxirə salınmasını xahiş edib. İclas martın 4-ə təxirə salınıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti