Milli Məclisdə nurçulardan danışıldı

Milli Məclisdə nurçulardan danışıldı
  25 Fevral 2014    Oxunub:1861
Millət vəkili Zahid Oruc parlamentin 20 nəfər üzvünün adının nurçuların siyahısında olması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

AzVision.az xəbər verir ki, parlamentin bugünkü iclasında çıxış edən millət vəkili qeyd edib ki, son günlər Azərbaycan parlamentinə yönəldilmiş bir mövzu süni şəkildə gündəmə gətirilir:

“Son dövrlər Türkiyənin həyatında böyük hadisələr olur. Bu da aydındır. Çünki Türkiyə böyük və regional dövlətdir.Onların camaatla olan problemlərini Azərbaycana keçirmək kimi niyyətlər var. Azərbaycan parlamentin 20 üzvünün nurçularla əlaqəsi olduğunu deyirlər. Bu yanlışdır. Onlar burda ancaq təhsil prosesinə xidmət edir. Konkret başqa iddiaları yoxdur”

Oqtay Əsədov millət vəkilinə cavab olaraq bildirib ki, niyə görə siz həmişə süni şiə məsələsini parlamentdə qaldırırsınız. Bu parlamentdə danışılası məsələ deyil.


Teqlər:  





Xəbər lenti