Xocalı günü hava necə olacaq?

Xocalı günü hava necə olacaq?
  25 Fevral 2014    Oxunub:1014
Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam havanın tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim çənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti olacaq.

Rayonlarda fevralın 26-da hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Lakin axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.


Teqlər:  





Xəbər lenti