Müharibə cinayətləri törədən 297 nəfər “İnterpol”a verildi

Müharibə cinayətləri törədən 297 nəfər “İnterpol”a verildi
  25 Yanvar 2021    Oxunub:2036
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirilib.
Bu barədə Azvision.az -a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki,onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

Azvision.az


Teqlər: Vətən-müharibəsi   İnterpoll  





Xəbər lenti