Polad Bülbüloğlu atasının Şuşadakı evinə getdi - FOTO

 Polad Bülbüloğlu atasının Şuşadakı evinə getdi -  FOTO
  23 Yanvar 2021    Oxunub:2184
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşada ata evinə baş çəkib.
Azvision.az xəbər verir ki, P.Bülbüloğlu həyəti gəzib, atası, SSRİ xalq artisti Bülbülün əkdiyi ağacı qucaqlayaraq “Şuşada olduğma inana bilmirəm” deyib.

Daha sonra o, həyətdən torpaq götürərək öpüb. P.Bülbüloğlu Şuşanın azad edilməsinin ömrünün ən gözəl anı adlandırıb.

“Yaşım çoxdur. Bu günü görməyə də bilərdim. Çox şükürlər olsun Allaha”, - deyə o bildirib.







Azvision.az


Teqlər: PoladBülbüloğlu  





Xəbər lenti