İşığımız Şuşada yandı - VİDEO

  16 Yanvar 2021    Oxunub : 4286
 İşığımız Şuşada yandı -  VİDEO
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edib.

Qurumdan Azvision.az -a verilən məlumata görə, işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələri işıqlandırılıb.


Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoyublar. Məhz rəşadətli Ordumuzun düşməni qovması nəticəsində 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Azvision.az

Teqlər: Azərişıq   Şuşa