Düşmən alayının komanda məntəqəsinə zərbə endirildi

  30 Sentyabr 2020    Oxunub : 2276
Düşmən alayının komanda məntəqəsinə zərbə endirildi
Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir", - deyə nazirlikdən bildirilib.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi