Amerika Yəhudiləri Təşkilatı erməni təxribatlarını pislədi

Amerika Yəhudiləri Təşkilatı erməni təxribatlarını pislədi
  29 Sentyabr 2020    Oxunub:3448
“Vaad L Hatzolas Nidchei Yisroel - Amerika Yəhudiləri Təşkilatı” Ermənistanın son təxribatları ilə bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təhdidlərinin genişlənməsi qəti şəkildə pislənib.

Bəyanatda deyilir: “Ermənistan sentyabrın 27-də Azərbaycan ordusuna və yaşayış məntəqələrinə, mülki şəxslərə qarşı artilleriya və ağır silahlarla hücum edib, bunun nəticəsində çoxlu sayda insan itki olub. Buna cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlamağa məcbur olub. Biz Amerika Yəhudiləri Təşkilatı olaraq Ermənistanın təcavüzünü qınayırıq və Azərbaycanın öz ərazi bütövlüyünü bərpaetmə hüququnu tanıyırıq. Onu da bildiririk ki, bütün bu hərbi aqresiyaların məsuliyəti tam olaraq erməni rəhbərliyinin üzərinə düşür”.



Azvision.az


Teqlər: Yəhudi   Təxribat   Bəyanat  





Xəbər lenti