Türkiyənin Baş prokuroru: “Ermənistanın hücumunu lənətləyirəm”

 Türkiyənin Baş prokuroru: “Ermənistanın hücumunu lənətləyirəm”
  28 Sentyabr 2020    Oxunub:3182
Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə şəhidlərimizlə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, B.Şahin Ermənistan tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə hücum edilməsini təəssüf hissi ilə qarşıladığını bildirib.

“Dünən də, bu gün də, sabah da din və qan qardaşımız, tək millət, iki dövlət olan can Azərbaycana qarşı işğalçı Ermənistanın terrorçu hücumunu lənətləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralıların tezliklə sağalmasını arzulayıram”.

Aytən Zəhra
Azvision.az




Teqlər: Azərbaycan   Türkiyə   Dağlıq-Qarabağ  





Xəbər lenti