“Azərbaycan vaksini tətbiq edən ilk ölkələrdən olacaq” - TƏBİB sədri

“Azərbaycan vaksini tətbiq edən ilk ölkələrdən olacaq”  -  TƏBİB sədri
  23 Sentyabr 2020    Oxunub:7408
Hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, 146 vaksin namizədindən 27-si birinci, 14-ü ikinci, 9-u üçüncü kliniki sınaq fazasındadır.

"Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq. Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır".

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti