Azərbaycanda valideyn himayəsindən məhrum 1500 uşaq var

 Azərbaycanda valideyn himayəsindən məhrum 1500 uşaq var
  23 Sentyabr 2020    Oxunub:3210
Hər valideynin himayəsindən məhrum olunmuş uşaq övladlığa götürülmə üçün münasib sayılır demək deyil. Təhlillər aparılır, valideyn razı olarsa, uşaq övladlığa verilir.
Azvision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib. Onun sözlərinə görə, valideyn hüququndan məhrum edildikdən sonra bir müddətdə onların rəftarları qiymətləndirilir.

“Davranışları etinadsız olarsa, onların övladları qanunla övladlığa verilə bilər”.

Nazirlik rəsmisi bildirib ki, hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var.

“0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır. 3 yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Eyni zamanda, dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Övlad   Valideyn   Himayə  





Xəbər lenti