Narkotik satan keçmiş məhkumlar tutuldu

  18 Sentyabr 2020    Oxunub : 2731
Narkotik satan keçmiş məhkumlar tutuldu
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Ə.Abdullayev və Cəlilabad rayon sakini H.Qurbanov saxlanılıblar.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, şəxsi axtarış zamanı H.Qurbanovdan 770 qram tiryək və 713 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN