Komitə sədrləri koronavirusu müzakirə etdilər

Komitə sədrləri koronavirusu müzakirə etdilər
  17 Sentyabr 2020    Oxunub:2125
Sentyabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasına (TURKPA) üzv olan parlamentlərin Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin videokonfrans formatında onlayn görüşü keçirilib.
Azvision.az xəbər verir ki, toplantı “COVİD-19 pandemiyası: təsirləri və gələcəyə baxış” mövzusuna həsr edilib.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin Səhiyyə məsələləri üzrə komitələrinin sədrləri, millət vəkilləri və TÜRKPA Katibliyinin nümayəndələri qatılıblar. İclasa moderatorluğu Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri Recep Akdağ edib.

Görüşün açılış hissəsində parlament komitələrinin sədrləri, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev çıxış ediblər. Sonra komitə üzvləri mövzu ilə bağlı fikirlərini bildiriblər.



İclasda Milli Məclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər və əldə edilən nailiyyətlərdən söhbət açıb.
Onlayn görüşdə iştirakçılar qlobal COVID-19 pandemiyasının ölkələrin iqtisadiyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən danışıb, ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat veriblər.

Sonra tədbirdə virusla mübarizə istiqamətində gələcək əməkdaşlığın perspektivləri, uğurlu metod və mexanizmlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.



Azvision.az


Teqlər: TÜRKPA   Onlayn   Görüş  





Xəbər lenti