“Yeni mədəniyyət strategiyası hazırlanmalıdır” - Anar Kərimov

  17 Sentyabr 2020    Oxunub : 3003
 “Yeni mədəniyyət strategiyası hazırlanmalıdır” -    Anar Kərimov
Azərbaycanda yeni mədəniyyət strategiyası hazırlanmalıdır.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
A.Kərimov çıxışında bildirib: "Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrdən sonra Mədəniyyət Nazirliyində və tabeliyində olan qurumlarda vəziyyəti öyrənən, araşdıran zaman müəyyən problemlər aşkar olundu və həll yolları axtarıldı. Vəziyyətin təhlil edilməsi üzrə işlər aparılır. Mədəniyyət Nazirliyində aşkara çıxan problemlərin həlli üçün proses davam edir. Bu prosesin davamı üçün biz islahat işçi qrupu təsis etmişik. Burada yerli, xarici ekspertlər var. Xarici ekspertlər bundan əvvəl Azərbaycana səfər edən şəxslərdir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Mədəniyyət   Nazir-müavini