“Karantin sərtləşdirilsə də, yoluxma arta bilər...” - Baş infeksionist

 “Karantin sərtləşdirilsə də, yoluxma arta bilər...” -  Baş infeksionist
  16 Sentyabr 2020    Oxunub:9959
Koronavirusa gündəlik yoluxma sayına diqqət yetirsək görərik ki, ciddi dəyişiklik yoxdur. Hətta bir dəfə yoluxanların sayı 69-a düşmüşdü. Yoluxma sayında artımın olmaması insanların qoyulan tələb və tövsiyələrə əməl etməsinin nəticəsidir.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, qaydalara riayət olunması ən həlledici tədbirlərdən biridir.

“Maska taxılması, sosial məsafənin gözlənilməsi, əllərin dezinfeksiya olunması vacibdir. Bu tədbirlərə əməl olunmasa, nə qədər ciddi tədbirlər görülsə, karantin sərtləşdirilsə də yoluxma sayı arta bilər. Orta məktəblərdə, ali təhsil müəssisələrində dərslər başlayıb. Bu tövsiyələrin əməl olunması həlledici rol oynayır ki, şagirdlərimiz, tələbələrimiz əyani dərs keçə bilsinlər”.
Son sutkada 2 nəfər koronavirusa yoluxub

C.İsayev qeyd edib ki, ən çox yoluxma əhalinin sıx yaşadığı yerlər Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və qismən Gəncə şəhərindədir.

“Bu müddət ərzində bir dəfə də olsun rayona getməmişdim. Gediş-gəliş açılandan sonra keçən şənbə-bazar günləri rayona getdim. Rayon küçələrində insan görmək olmur. Hər kəs həyətində təsərrüfatla məşğul olur. Bakıdan rayona gedən adam xəstə olsa belə, ailəsindən başqa heç kəsə xəstəliyi keçirməyəcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti